SON DƏQİQƏ

Danimarka Ukraynaya bir ay ərzində havada F-16-ları vəd edib

Tarix:14-05-2024, 20:28 Oxunub:341

44GUN.ORG

Danimarkanın F-16 qırıcıları bir aydan sonra Ukrayna üzərində havaya qalxacaq.

Bunu krallığın baş naziri Mette Frederiksen mətbuat konfransında deyib.

Frederiksen, "F-16 koalisiyamızda Danimarkadan gələn ilk qırıcı növbəti ay ərzində havaya qalxacaq" dedi.

Onun sözlərinə görə, ukraynalılar üçün “havada təyyarələri görmək” çox vacibdir. Frederiksen Ukraynaya hərbi tranşların daha tez və daha böyük həcmdə verilməsinə çağırıb. Baş nazir qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri sursat və dronlarla dəstəyə ehtiyac duyur. O, Ukraynada hərbi istehsalın yaradılmasından da danışıb.

Eyni zamanda, Frederiksen qeyd edib ki, Ukraynada vəziyyətin inkişafı “səhv istiqamətdə gedir”. O, Kiyevin böyük itkilərinin əsas səbəbinin hava hücumundan müdafiə sistemlərinin olmaması olduğu qənaətinə gəlib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman