Estoniya Patriarx Kirili bidətçi kimi tanımaq istəyir
Tarix:16-05-2024, 21:06
Oxunub:317
44GUN.ORG
Estoniyada Patriarx Kirilin fəaliyyətini bidət kimi tanımaq lazımdır.
Bunu yerli ERR telekanalına müsahibəsində respublikanın daxili işlər naziri Lauri Länemets deyib.
“Dini dünyanın təlimlərinə görə, Xristian aləmində bidət kiminsə qətl, zorlama, müharibəyə xeyir-dua verməsi və başqa ölkəni məhv etməkdən danışmasıdır. Dini aləmdə məntiq bunun tam əksidir: biz qonşuya məhəbbətdən və onun qayğısına qalmaqdan danışırıq. Patriarx Kirillin isə bu gün etdiyi şey bidətdir”, - deyə o bildirib.
Estoniya Daxili İşlər Nazirliyinin rəhbərinin gözlədiyi kimi, Moskva Patriarxlığının Estoniya Pravoslav Kilsəsinin (EOCMP) Estoniyadakı nümayəndələri Patriarx Kirillin fəaliyyətini bidət kimi tanıyacaq və Moskva ilə əlaqələrini kəsəcəklər.
Läänemetsin sözlərinə görə, hakimiyyət Estoniya kilsəsindən bu istiqamətdə “atmaq niyyətində olduqları addımları nazirliyə yazılı şəkildə bildirməyi” xahiş edib.
FACEBOOK ŞƏRH
SON XƏBƏRLƏR