SON DƏQİQƏ

Təhsilli qadın gələcəyimizin əsas özəyidir!

Tarix:31-07-2022, 05:21 Oxunub:869

Bir ölkənin hər sahədə ən güclü və ən yaxşı olması ancaq qadın-kişi ayrı seçkiliyi olmadan hər kəsə yaxşı təhsil verməsi ilə mümkündür.Lakin çox təəssüf ki, günümüzün ən aktual problemlərindən biri məhz qızların təhsilinə qoyulan məhdudiyyətlər və bu məhdudiyyətlərin törətdiyi bəlalardır.Hansı ki, o məhdudiyyətlər bəlkə də gələcəyin gənc müəllimini,peşəkar həkimini,bacarıqlı jurnalistini və.s çərçivələrə sığışmağa məhkum edir. Halbuki təhsil alan qadın öz hüquq, vəzifə və bütün öhdəliklərini şüurlu şəkildə dərk ,yeri gəldikdə tələb edir.

Ölkənin təhsil sahəsində əldə etdiyi uğurlar ildən-ilə artır.Amma bu hələ də bütün çatışmazlıqların aradan qaldırılması demek deyil.Bir çox hallarda rastlaşırıq ki, qızlar valideyinlərinin istəyi ilə məktəbdən uzaqlaşdırılır. Fikrimcə,bu problemin mənbəyi başda valideynin sonra isə müəllimin bu vəziyyətə biganə yanaşmasıdır.
Erkən nigah,məişət zorakılığı,müxtəlif xoşagəlməz hadisələr qızların təsildən yayınmasına səbəb olur. Buna görə də əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.Dərsdən yayınma halları müşahidə etdikdə, onun qarşısı almalıdır.Təhsil istər qız, istərsə də oğlan üçün çox vacibdir. Burada müəllimlərin də rolu böyükdür.Hər kəs savadlı pedaqoq ola bilməz doğrudur amma ən azından təhsilin sevdirilməsi üçün çalışa bbilər
. Qızların təhsildən yayındırılması ilə bağlı həm məktəblərlə, həm də valideynlərlə maarifləndirmə işləri aparılmalıdır.Məsələn:Uşaq onu təhsildən uzaqlaşdırıb məcburi evliliyə sövq edilməsinin qeyri-qanuni və hüquqa zidd olduğunu bilməlidir. Doğruları və yanlışları anlamadan, həyatın çətinliklərini dərk etmədən, məsuliyyət hissi duymadan necə ailə qurula bilər ki? 
Təhsil almaq icbaridir və hər kəsin haqqıdır. 
Azərbaycanda qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri əsas prioritet sahələrindəndir. Qadınları sadəcə, mətbəxlə məhdudlaşdırmaq düzgün deyil.
 Düşünürəm ki,gənc qızların və qadınların təhsil imkanlarından daha çox faydalanması üçün yollar axtarılmalıdır, bu istiqamətdə sabit təhsil siyasəti hazırlanmaldir. Qadınlarımız savadlı olmalı və kifayət qədər özləri də bu savadlanmanın bir parça olmalıdırlar.
Müşahidələr göstərir ki, təhsilli qadın hər zaman çalışır ki, uşaqları təhsil alsın, irəli getsin. Bu isə sağlam düşüncəli uşaqlar böyüməsi deməkdir.

Ən böyük israf insan bacarığıdır və
onların bacarıqlarının təhsil vasitəsilə inkişaf etdirilməməsi və boş qalmasıdır.Gələcəyin pedaqoji kadrı olaraq tərəqqinin məhz təhsildən başladığını, gənclərin təhsilə cəlb olunmasının çox mühüm oldugunu və mən də bu prosesin iştirakçısı olmaqdan qürür duyduğumu deyə bilərəm.
 
Kərimova Rəşidə 
Azərbaycan Dövlət Pedaqoji  Universiteti .

Atayeva Günay.
"44gun.org".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman