SON DƏQİQƏ

Ukrayna nümayəndə heyəti danışıqlar üçün artıq Belarusdadır

Tarix:28-02-2022, 09:58 Oxunub:263

Xəbər verdiyimiz kimi, bu gün Rusiya və Ukrayna arasında danışıqlar keçiriləcək. Ukrayna nümayəndə heyəti Belarus-Ukrayna sərhədində Rusiya tərəfinin nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün görüş yerinə çatıb.
Vətənim-Azərbaycandır.az” ın məlumatına görə, bu barədə belaruslu jurnalist Konstantin Pridibaylo bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti Belarusa gecə saatlarında çatıb. Görüşün yaxın saatlarda başlayacağı gözlənilir və bunun üçün texniki olaraq hər şey hazırdır.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq. Daha əvvəl yayılan məlumatda, Rusiyanın nümayəndə heyətinə rəhbərlik edən ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski ölkəsinin nümayəndə heyətinin Minskdən Qomelə yola düşdüyünü bildirib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman