SON DƏQİQƏ

Kür çayında batan bacı-qardaşlardan birinin MEYİTİ TAPILDI

Tarix:11-04-2021, 12:32 Oxunub:312

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.
44gun.org-nn yerli bürosunun xəbərinə görə, aparılan axtarış işləri nəticəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
.
.
.
saat 11:41
Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edək ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. 
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman