SON DƏQİQƏ

Bütöv Azərbaycanım...

Tarix:2-08-2022, 10:20 Oxunub:168

Bütöv Azərbaycanım...
Vətən mənə oğul desə,nə dərdim?!
Mamır olub,qayasında bitərdim...
BİRLİK-adlı məqaləmin davamı...
Bir ailəyə,bir cəmiyyətə,bir dövlətə hökm etmək istəyirsənsə onu dinə və millətə parçalarsan..
Məhz bu bəla Azərbaycanda əsrlərdir əskilməyib.Elə hey Azərbaycanı millətlərə bölüb,araya nifaq salmağa çalışıblar.
Baxmayaraq ki,biz bütöv Azərbaycanın vətəndaşlarıyıq bəzən bu ixtilafa uduzduğumuz vaxtlar olub.
Lakin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və bərabərlik təcəssümü oldu..
Talış,Avar,Ləzgi həmvətənlərimiz,qardaşlarımız elə bir dastan yazdılar ki,bizi artıq heç kim millətlərə bölə bilməz!!!
Biz Avarıq,biz Ləzgiyik,biz Talışıq,biz Türkük!!!
Bütöv Azərbaycanın ayrılmaz parçalarıyıq.Əksini düşünən Vətən Xainidir!!!
Qarabağ savaşında döyüşənlərin və şəhid olanların 80 faizi könüllü idi. Ailələrini, evlərini-eşiklərini, övladlarını atıb Qarabağa gəlib bu Vətən naminə erməni işğalçıları ilə vuruşurdular: kürdü ilə, talışı ilə, ləzgisi ilə, yəhudisi ilə, rusu ilə.
Onları heç kəs məcbur göndərməmişdi, yuxarıda qeyd etdiyimi kimi, könüllü idi hamısı. Bu Vətənin qeyrətini, namusunu, gələcəyini, hər qarış torpağını qorumaq üçün gəlmişdilər.
Üstündən keçib, heç bəlkə də sirr deyil, həmin müharibədə demək olar ki, bütün telsizlərdə işləyənlər hamısı talışıydı. Həm kəşfiyyatçılar, həm hərbi hissələr, həm batalyonlar bir-biriylə talış dilində əlaqə saxlayırdılar. Çünki ermənilər Azərbaycan dilini bilirdilər və bizim danışıqlarımızı telsizlərdə dinləyirdilər.
İndi həmin o talışları, Qarabağda son damla qanına qədər vuruşan talışları, bu torpaqlar uğrunda saysız-hesabsız şəhidlər verən talışları bu dövlətin, Azərbaycanın əleyhinə qaldırmaqmı olar?!
Mən qəhrəman qardaşlarımızdan olan Cənubun Aslanı Pəncəli Teymurov haqqında məlumat yazmaq istədim..
Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın"
Çinara Seyran

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman