Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə XİN rəhbəri Tvitter hesabında paylaşım edib.“Can Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi vəfatının 18-ci ildönümündə rəhmətlə anıram. “Tək millət, iki dövlət” şüarı ilə əziz xatirəsini və qardaşlığımızı əbədi yaşadacağıq”, - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
