Rusiyanın Əməkdar artisti Marina Xlebnikova Moskvadakı evində yanğın zamanı ciddi xəsarət alıb.
“Vətənim-Azərbaycandır.az” “Lenta.ru”ya istinadən xəbər verir ki, 56 yaşlı müğənni ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, reanimasiyadadır. O, ağciyərin süni ventilyasiya aparatına qoşulub.Ona dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Xlebnikova yanğın zamanı bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Müğənninin üzünün yandığı deyilir.
Mənbələrin məlumatına görə, ifaçının Ratnaya küçəsində yerləşən mənzilində yanğının baş verməsinə səbəb söndürülməmiş siqaret olub.