SON DƏQİQƏ

1000-ə yaxın bağçada yoxlama keçirilib

Tarix:7-07-2022, 11:06 Oxunub:882

Ölkə ərazisində fəaliyyət göstərən 1600-dən çox məktəbəqədər təhsil müəssisəsindən 1000-ə yaxınında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq yoxlama-nəzarət tədbirləri keçirilərək inzibati intizam tədbirləri görülüb.


"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.


Aparat rəhbəri bildirib ki, nəticələr haqqında məlumatlar Təhsil Nazirliyinə təqdim olunub:

"Gələcək perspektivdə ölkə qarşısında duran əsas çağırışlardan biri, xüsusilə yeniyetmələrin, şagirdlərin düzgün qidalanmasının təşviq edilməsi, qida təhlükəsizliyi məsələlərinə diqqətin artırılmasından ibarətdir".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman