10 dekabr 2022-ci ildə Sankt-Peterburqda "Lendok" kinostudiyasında gənc rejissor Rauf İbrahimzadənin Azərbaycan dilində çəkilmiş "DEJAVU"filminin premyerası baş tutmuşdur. adlı filminin premyerası baş tutmuşdur.Psixoloji üslubda çəkilmiş film məqsədyönlü bir insanın taleyindən, onun ən yaxın dostları ilə olan münasibətindən və kədərli sevgi hekayəsindən bəhs edir. Təbii ki, bu, film haqqında səthi anlayışdır, dərin mənanı yalnız filmi seyr edən zaman dərk etmək olar.
Filmin premyerasına çoxsaylı azərbaycanlı tamaşaçılar yığılsa da, qonaqların içində başqa millətlərin nümayəndələri də vardı. Onu da qeyd etmək lazımdır ki, filmi maraqla qarşılayan tamaşaçılar filmin nümayişi bitdikdən sonra rejissor və aktyorlarla görüşdülər. Tamaşaçılarla yaradıcı heyət arasında filmin sonrakı taleyi və ümumiyyətlə, gələcək planlar haqqında maraqlı fikir mübadiləsi oldu.
Premyeranın fəxri qonaqları içində Azərbaycanın Sankt-Peterburq şəhərindəki konsulu Rəhim Rəhimzadə, Türkiyənin Sankt-Peterburqdakı konsulluğunun nümayəndəsi, Yaponiyanın Sankt-Peterbirqdakı konsulluğunun nümayəndələri, Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan Gənclər Birliyi, "Simurq" Sankt-Peterburq Azərbaycan Gənclər Assosiasiyası vardı.
Sankt-Peterburq şəhəri
Abbasova Ülviyyə