Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
Şabran rayon 4 saylı tam orta məktəbdə baş tutan qəbulda Asif Hüseynov ilk öncə məktəbdə gedən tədris prosesi ilə yaxından tanış olmuşdur.
Səyyar qəbul zamanı sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcrası zaman tələb edən məsələlər nəzarətə götürülüb.
Atayeva Günay
Vetenim-Azərbaycandır.az




