SON DƏQİQƏ

Nazirlikdən Botanika İnstitutu ilə bağlı açıqlama

Tarix:8-04-2023, 18:19 Oxunub:272

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ


Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər.


VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Facebook-da paylaşımında bildirib.

"Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”, - o bildirib.

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman