SON DƏQİQƏ

Bu ölkə karantinin tədricən ləğvinə başlayır

Tarix:1-02-2021, 22:48 Oxunub:973

Avstriya fevralın 8-dən etibarən koronavirusla bağlı məhdudiyyətləri tədricən ləğv etməyə başlayacaq.
“Vetenim-Azərbaycandir.az Qafqazinfo ya istinadən ” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin kansleri Sebastyan Kurts bildirib. Onun sözlərinə görə, 8 fevraldan etibarən ticarət mərkəzləri, muzeylər, zooparklar maska məcburiyyəti və sosial məsafə tələbi ilə açılacaq. Həmçinin məktəblər və gözəllik salonları da fəaliyyətə başlayacaq. Ancaq salonlara gələn müştərilər qabaqcadan koronavirus testi verməli olacaqlar.
Turizm, idman, mədəniyyət və ictimai iaşə müəssisələri ilə bağlı qadağalar isə fevralda qüvvədə qalacaq. Onların martdan etibarən ləğvinə fevralın 15-də qərar veriləcək.
Kurts, həmçinin, bildirib ki, koronavirusa yoluxma halı artarsa, məhdudiyyətlər yendiən bərpa olunacaq

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman