Britaniyalı qrafiti-rəssam Benksi məşhur Ridinq həbsxanasını satın almaq istəyir.
“Vətənim-Azərbaycandır.az” “The Guardian”a istinadən xəbər verir ki, o, bunun üçün 10 milyon funt təklif edib.Benksi 19-cu əsrin məşhur yazıçılarından Oskar Uayldın saxlanıldığı həbsxananı sənət ziyarətgahına çevirmək istədiyini bildirib. Onun bu fikri məşhur ulduzlar tərəfindən də dəstəklənib.
Xatırladaq ki, rəssam bu il Ridinq həbsxanasının divarına qaçmağa çalışan məhbusu təsvir etmişdi.
Qeyd edək ki, sözügedən həbsxana 2013-cü ildən bağlanıb.