ABŞ-da Müstəqillik Günü paradı zamanı silahlı insident yaşanıb.
“Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, Çikaqoda paradın başlamasından 10 dəqiqə sonra silah səsləri eşidilib.
Səlahiyyətlilər hadisəyə müdaxilə edildiyini bildirib, insanlara ərazidən uzaqlaşmağı məsləhət görüb.
Hadisə zamanı xəsarət alanların olduğu qeyd edilir.
Lakin ölən və yaralananlarla bağlı rəsmi açıqlama verilməyib.