İranın şimal-qərbində yerləşən Zəncan vilayətində avtobus aşıb.
“Vətənim-Azərbaycandır.az” “ISNA” agentliyinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Zəncan-Təbriz avtomobil yolunun 30-cu kilometrliyində baş verib.
Qəza nəticəsində 3 nəfər həlak olub, daha 16 nəfər isə yaralanıb.