SON DƏQİQƏ

Aynadakı Gözlər

Tarix:12-11-2022, 17:14 Oxunub:542

*Aynadaki Gözlər* 



  Kimisi bir cüt yaşıl gözə, kimisi mavi olana, başqa biri isə aynada gördüyü gözlərə məhkumdur. Nə idi axı aynada görülən bu gözlərin sirri? Rəngi fərqli idi deyə? Yox. Gözlərin forması qəşəngdi deyə? Əlbəttə, yox. Bəs onda niyə məhz aynadaki gözlər? 

   Hər səhər yuxudan durub, əl üzünü yuyur insanlar. Amma bunla kifayətlənmir güzgüdə diqqətlə özlərini süzməyə başlayırlar. Özlərini süzəndə, ən çox baxdıqları hissə isə gözlər olur. Çünki gözlər sadəcə baxmaq və görmək üçün deyil, onun bir çox funksiyası var. Məsələn zamanda səyahət kimi.. Gördüyümüz hər hansı bir şəkil, bizi 5-10 il əvvələ apara bilərdi. Ya da baxdığımız tele-serialdaki hər hansı biri həyatımızın müəyyən mərhələsində inkişafımızda böyük rolu olan birini bizə xatırlada bilərdi. Gözlərin başqa bir funksiyası isə bizi mənfi hisslərdən azad etmək idi. Hərdən nələrəsə əsəbiləşəndə, yaxud da ağır nələrsə yaşayanda, 1-2 dəqiqəlik axıdılan göz yaşı, psixoloqdan daha artıq mənfi hiss və düşüncələrdən xilas olmağa kömək edir. Amma mənim üçün aynadaki gözlərin həyatımda bambaşqa bir rolu var.

   Onlar mənə hər səhər balaca qızcığazı xatırladır. Hər özümə düzəliş verəndə, həyata nə qədər bağlı olduğumu yadıma salır, məni daim yeniləyir. Güləndə qıyılırlar, amma onları ən çox ağlayanda sevirəm. Çünki ağlayanda, məndəki hüzur qəfəsdən yenicə çıxmış quşun xoşbəxtliyinə bərabər olur. Aynadaki gözlər, hərdən özünə baxmağa utanacaq yalnış edir, gizlənir özündən. Hərdən isə özü ilə fəxr edir, yanılmadığı hər şeyin arxasında durur. Aynadaki gözlər həm günahkar, həm də xilaskardır. Günahkarın etdiyi yalnışları xilaskar düzəldir. Xilaskar və günahkar daim birgədir. Onlar balaca qızcığazın böyüməsində əhəmiyyətli rola malikdir. Odur ki, aynadaki gözləri duymaqdan, bir anlıq onlara diqqətlə baxmaqdan çəkinməyin. Fərqi yoxdur o yaşıldır, göydür yoxsa qəhvəyi və ya qaradır. Onları görün, duyun və eşidin.


Ləman Mustafazadə

Nərmin Əzimli 44GUN.ORG

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman