24 iyun 2022-ci il tarixində Şabran rayon Mədəniyyət Mərkəzində 26 iyun Silahlı Qüvvələr gününə həsr edilmiş rayon tədbiri keçirildi. Tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyəti
"Vətənim-Azərbaycandır.az" şimal zonası üzrə bölgə müxbiri də iştirak edirdi. Tədbirdə Azərbaycan ordusunun keçdiyi şərəfli yola nəzər salındı. 44 günlük Vətən müharibəsi dövründə Şabran rayon Mədəniyyət Mərkəzinin kollektivi hünər və şücaət göstərən əsgərlərimizə qarşı heç də biganə qalmamış onların şəninə şeirlər yazılmış, musiqilər bəstələnmiş, bir çox layihələr hazırlayaraq həyata keçirmişdir. Tədbirin ideya və musiqiləri Teymur Hüseynoğluna məxsus olan üç layihənin operatoru və montaj edəni Zaur Əzizov “Salam olsun” , “Biz qalib gəldik”, “Bizimdir zəfər” adlı klipləri nümayiş edildi."Vətənim-Azərbaycandır.az" sayıtının foto_muxbiri Zaur müəllimə sonsuz təşəkkürlərimizi bildiririk.Zaur 44günlük vətən müharibəsi zamanı bütün şəhidlərimizi lentə almış onları gələcək nəsillərə bir xatirə olaraq ərmağan etmişdir.Onun əməyi danılmazdır.
Kliplər tamaşaçılar tərəfindən maraqla və rəğbətlə qarşılandı.Sonda şəhid S.Balağayevin anası çıxış edərək öz təşəkkürlərini bildirdi.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".şimal zonası üzrə bölgə müxbiri.
Zaur_Əzizov foto_müxbir.

















