ÜNVANLI TƏBRİKLƏR..
Vətənim Azerbaycandır.az informasiya agentliyi
Yevlax rayon Aran qəsəbəsinin sakini Mənəviyyatca zəngin, İntelektual səviyyəsi yüksək olan, əmək qəhrəmanı Hacıyev Şahmar Səlim oğlunu
AD GÜNÜ münasibətilə
TƏBRİK EDİRİK.
Şahmar Hacıyev hələ gənc yaşlarından 1977-97ci ilə kimi Yevlax rayon 2703 saylı Avtoqarajda sürücü kimi fəaliyyətə başlayıb.
Səmərəli fəaliyyətinə görə müxtəlif illərdə keçmiş SSRİ-nin bir çox orden və medalları ilə təltif olunmuş əmək qəhrəmanı Şahmar Hacıyevin əməyi müstəqillik illərində də yüksək qiymətləndirilmişdir. Onun həyat təcrübəsinə müasir gəncliyin daim ehtiyacı var. Keçdiyi şərəfli ömür yolunda hər kəsə nümunə ola biləcək bir şəxsiyyətdir. Əslən Qarabağdan olan Şahmar Hacıyev işğalda olan torpaqlarımızın azad ediləcəyinə daima inandığını bildirir.
Hazırda Kəlbəcər rayonunda N saylı hərbi hissədə xidməti borcunu yerinə yetirən nəvəsilə fəxr edir.
Vətənə, xalqa xidmətin ən şərəfli iş olduğunu vurğulayan Şahmar müəllim öz doğmaları və ətrafındakı insanları Dövlətimizə dəstəyə və torpaqlarımız uğrunda Vətənimizin azadlığı yolunda sıx birləşməyə səsləyir.
Vətənim Azerbaycandır.az informasiya portalının kollektivi Hacıyev Şahmar Səlim oğluna cansağlığı, uzun ömür, həyat və fəaliyyətində uğurlar diləyir. Sevdiklərinizlə birlikdə 100yaşayın Şahmar müəllim.
Vətənim Azerbaycandır.az informasiya agentliyinin içraçı direktoru: N.Muradova.
44gun.org