
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin çəkdiyi “Ağa Musa Nağıyev: Tarix yazan binalar” sənədli filmi Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin XX əsrin əvvəllərində Bakıda tikdirdiyi tarixi binalarından:-İsmailiyyə və “Qış Evi”ndən söhbət gedir. Əsas məqsəd bu binaların şahidi olduqları tarixi prosesləri cəmiyyətə bir daha tanıtmaqla Azərbaycan tarixinin indiyədək oxunmayan səhifələrini açıqlamaq, milli-mənəvi dəyərlərimizdən olan xeyriyyəçilik ənənələrini təbliğ etməkdir. Bakıya bir klassikalıq gətirən, onun hüsnünə Qərb və Şərq memarlıq koloritini bəxş edən qeyri-adi gözəl binaların əksəriyyəti Ağa Musa- nın tikililəridir.Bu gün fəaliyyətdə olan dörd sağlamlıq ocaqları: keçmişdə Semaşko,OMD və Şaumyan adları ilə tanınan, Sabunçu qəsəbəsində sovetin dövründə uzun müddət “Musa Nağıyev” adını daşıyan xəstəxanalar, Komitə və Nazirliklərin, mədəniyyət və tədris müəssisələrinin fəaliyyət göstərdiyi binalar onun tikililəridir. Film xeyriyyəçilik ənənələrinin təbliğ olunması ilə eyni zamanda, Azərbaycanın milli maraqlarına istinad edir. Filmin tərbiyəvi xüsusiyyəti çox güclüdür. 1913-cü il aprelin 7-də istifadəyə verilmiş “İsmailiyyə”də- İlk Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında müsəlman qadınları və Bakı ziyalılarının yığıncaqları,eləcə də Ruhanilərin Qurultayı keçirilib. İlk radio verilişləri buradan səslənib. 1918-ci ilin martında ermə¬ni-lərin Bakıya hücumu zamanı Metropol mehmanxanasının- indiki Nizami adına Ədəbiyyat Muzeyinin damından top yağışına tutduqları zaman bina ciddi zədələnmiş və daha sonra yandırılmışdı. 1920-1923-cü illərdə memar Aleksandr Dubovun layihəsi əsasında bərpa olunan bina,Türk Mədəniyyət Sarayı” adlandırılmış, üzərindəki İsmailiyyə yazısı – dırnaqarası hörmət əlaməti olaraq “Памят Нагиевым” - yazısı ilə əvəz olunmuşdur. Sovet ideologiyası ayaq tutanda “bu hörmət” və binanın üzərində həkk olunmuş “Quran ayələri” uduzlarla əvəz olunur. Bu gün elmə xidmət edən bu binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti fəaliyyət göstərir. Filmdə yer alan “Qış Evi” bnası, indiki “Mərkəzi Zabitlər Evi” - Ağa Musanın şedevr tikililərindəndir. Ağa Musa Nağıyev bacarıqlı biznesmen olmaqla,bina- ların əksəriyyətini ictimai yığıncaqlar keçirmək məqsədilə tikdirib. 1918-ci ilin arxiv sənədlərinə əsasən bu binadan illik gəlir 31.350 rubl təşkil edib. O zaman burada keçirilən xey¬¬riyyə xüsusiyyətli məclislərdə milyonçular xanım- ları ilə iştirak edirdilər. Qonaqlar binanın 1-ci mərtəbəsində yerləşən orkestrin ifa etdiyi klassik musiqi ahəngi altında qarşılanırdı. Təxminən15 il öncə ətrafında baş vermiş yanğından son¬ra ziyan çəkmiş bu bina əsaslı təmir olunub. Artıq 126 ildir ki, memarlıq abidəsi olaraq, xalqın xidmətindədir - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mədəniyyət ocağıdır. Film “Aktual Qrup” Şirkətinin istehsalıdır. Layihə rəhbəri Dilarə Nağıyeva –Ağa Musa Nağıyevin nəvəsi, rejissor
Etibar Məmmədov. 23.10.2023. Zabitlər Evi.


