SON DƏQİQƏ

Bakıda nazirlərin üçtərəfli görüşü keçiriləcək

Tarix:27-11-2023, 11:27 Oxunub:233


Bu gün Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Üçtərəfli görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlərin keçirilməsi planlaşdırılır”, - məlumatda qeyd edilib

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman