SON DƏQİQƏ

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb

Tarix:29-11-2023, 21:40 Oxunub:191


Mingəçevirdə baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Bu barədə  FHN-dən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, noyabrın 29-da yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman