SON DƏQİQƏ

Sakin: Füzuli rayonunu daha gözəl, abad vəziyyətə gətirəcəyik

Tarix:18-12-2023, 08:34 Oxunub:215

Bu gün bizim üçün gözəl gündür. Füzulidən gənc yaşımda çıxmışam. İndi doğma yurduma qayıtmağın sevincini yaşayıram.
Bu sözləri  müsahibəsində Füzuliyə geri qayıdan keçmiş məcburi köçkün Zəminə Əliyeva deyib.
“Uzun illərin həsrəti bitir. Doğma yurdumuzda hər bir işi görməyə hazırıq. Füzulini yenidən qurub-yaradacağıq, əvvəlkindən daha gözəl, abad vəziyyətə gətirəcəyik”, - deyə o qeyd edib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Füzuli sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyev minnətdarlığını bildirib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman