Bəzən bir təsadüf, ani bir hadisə, gısa bir arayış bəs edir ki, qiymətli, dəyərli bir insanı tanıyıb onu öz dünyana qazanc biləsən. Bu gün bu qəbildən olan dəyərli bir xanımı sizlər də tanıyın istədik.
Könül Hacıyeva.🌹
Könül xanım Quba Rayonu Çiçi Qənidərə kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Öz xarakteri, xasiyyəti ilə hər kəsin sevgisini, hörmətini qazanan Könül xanım iki övlad anasıdır.
Öz ruhuna hopmuş vətənpərvərlik hissini öz övladlarına da aşılayır vəlayigli övladlar böyüdür. Könül xanımın səhhəti onu aktiv həyatdan tutmağa çalışsa da onun güclü iradəsi, qətiyyəti, dözümlülüyü ilə bütün bu maneələri aşmağı bacarmışdır. Bəlkə də bir çoxlarının çətinlik kimi gördüyü "əlil arabası" Könül xanım üçün sadəcə aktiv həyat tərzinə govusduran bir resusdur. Bax bu qədər güçlü bir xanımdır Könül Hacıyeva. Bu güclü insanın daxili dünyası isə çoxx zərif, incə duyğularla doludur. Şeirə, şeriyyata həsr edir bütün asudə vaxtlarını qəhrəmanımız. Olduğca gözəl şeirlərin müəllifi olan Könül xanım "Tatlı" təxəllüsü yazır, yaradır. Onun şeirləri mütəmadi olaraq antalogiyalarda, qəzet və dərgilərdə dərc edilir. Əsas prioriteti vətənpərvərlik olan Könül xanım, "Vətənpərvər Ziyalı" Media mükafatına layiq görülmüşdür. Yeddi mahnının söz yazarıdır.
Bu yaxınlarda Könül xanım "Qızıl Qələm" Media mükafatı ilə təltif edilib. Biz də ürəkdən təbrik edir, şəxsi həyatında və yaradıcılığında gözəl ürək sahibi olan Könül xanıma bol-bol uğurlar arzu edirik. Uğurlarınız bol olsun.
Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim-Azərbaycandır. az Xəbərlər İnformasiya Portalının redaktoru.