Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib.
xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev gətirilib.
O, bu postda ötən ay istefa verən Rüfət Hacıyevi əvəzləyib.
Qeyd edək ki, bir neçə ay əvvəl də R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.