SON DƏQİQƏ

Azərbaycan millisinin voleybolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

Tarix:24-12-2023, 22:48 Oxunub:178

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

əldə etdiyi məlumata görə, 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan "Karayolları" komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
"Karayolları" hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı 4 xalla sonuncu - 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Polina Rəhimova son olaraq Vyetnamın "Duk Qianq” komandasında çıxış edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman