
“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin təşəbüüsü ilə, “31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi” günü münasibəti ilə tədbir təşkil olunmuşdur.Tədbiri giriş sözü ilə acan, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə bildirdi ki,bu ilki Həmrəyıik bayramımız son 30 ildə keçirdiyimiz bayramlardan tam fərqlidir. Cünki bu gün bizlər artıq Azərbaycan Prezidenti, Ali baş komandanımız İlham Əliyevin qətiyyəti dəmir yumruğu və nizamlı rəşadətli Azərbaycan ordusunun qüdrəti sayəsində, tarixi torpaqlarımız olan Qarabağımıza sahib olduq.

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü” xaricdəki Azərbaycanlılar artıq, ücüncü ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər.Çünki soydaşlarımız torpaqlarımızın erməni işğalı dövrlərində Həmrəylik gününü urəkdən qeyd edə bilmirdilər. Artlq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə başı dik, alnı açıq, üzü ağ gəzir və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.

Çünki soydaşlarımız torpaqlarımızın erməni işğalı dövrlərində Həmrəylik gününü urəkdən qeyd edə bilmirdilər. Artlq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə başı dik, alnı açıq, üzü ağ gəzir və öz tarixi vətəni olanAzərbaycanla haqlı olaraq fəxr edirlər. Azərbaycanla haqlı olaraq fəxr edirlər.

Daha sonra cıxış edənlər “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva,Vətənim Azərbaycandır saytınınbaş redaktoru Kamran Orucov, şair və ziyalılardan Şahlar Əliyev, Məhərrəm Məhərrəmov,Aygün Hüseyn, Nurəddin Salayev, Sabir Əkbərov Almaz Zeynalova və başqaları cıxışları zamanı dünyada məskunlaşmız soydaşlarımızın milli birlik və həmrəyliklərindən danışaraq, onları bayram münasibəti ilə münasibəri ilə təbrik etdilər.


