
içindən dönə-dönə baş qaldırıb, yenidən dirçələrək, əvvəlki görkəmini qaytarıb. Hətta əvvəlkindən də gözəl olub. Yad gözlərin ona zillənmiş kəc baxışları isə dünən olduğu kimi bu gün də üstündən çəkilməyib”.
VII əsrin ortalarında ərəblərin Azərbaycana gəlməsi ilə özünün əlverişli geosiyasi və strateji mövqeyinə görə ərəb ordusunun dayaq məntəqələrindən biri olan Naxçıvan sonrakı dövrlərdə siyasi-iqtisadi-mədəni mərkəz kimi əhəmiyyətini
artırmış, yüz illərdən bəri fəaliyyət göstərən Böyük İpək Yolunun şaxələri vasitəsilə о vaxtkı dünyanın məşhur ölkə və şəhərləri ilə əlaqə saxlamış, Azərbaycan atabəyləri dövründə isə “Nəqşi cahana” çevrilərək regionun bənzərsiz şəhəri olmuşdur. Doğrudan da, qədim dövrlərdən Şərqi Qərblə, Şimalı Cənubla birləşdirmiş, ucsuz-bucaqsız yolların qovşağında yerləşən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, mədəniyyətlərin, sivilizasiyaların yüksək zirvəyə çatdığı Naxçıvan diyarının Şərqin qapısı sayılması təsadüfi deyil. Vaxtilə Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi, Övliya Çələbi kimi tarixçi və coğrafiyaçı səyyahlar Naxçıvanı “Nəqşi-cahan” (“dünyanın bəzəyi”) adlandırmışlar.
Naxçıvanın tarixi eradan əvvələ söykəndiyi kimi, elm və mədəniyyət tarixi də çox-çox qədimlərə gedib çatır. İntibah dövrünün elm, təhsil və maarifi əsasən XI əsrdən formalaşmağa başlasa da, XII əsrdə Naxçıvanın mədəni həyatındakı ümumi yüksəliş, ədəbiyyatın və fəlsəfi fikrin inkişafı humanizm ideyalarınınyayılmasına rəvac vermişdir. Elm-sənət məbədi sayılan Naxçıvan təkcə ölkəmizə deyil, onun hüdudlarından kənara da – Yaxın və Orta Şərqə, Avropaya ictimai və siyasi xadim, filosof, həkim, sərkərdə, alim və mütəfəkkir, şair, yazıçı, tarixçi, memar, rəssam, musiqiçi, aktyor və digər adamlarının həyat və fəaliyyətindən,yaradıcılığından bəhs edən çoxsaylı dühalar bəxş etmişdir. Həddad əl-Nəşəvi (kitabdar), Əbu Əbdüllah ən-Müfərric əl-Nəşəvi (dini hüquqçu), Əhməd ibn Hacəf
Nəşəvi (filosof), “təbiblərin sultanı” adı ilə məşhur olan Əkmələddin Naxçıvani (təbib), Həsən ibn Ömər Naxçıvani (filosof), Kəmaləddin Naxçıvani (həkim, ilahiyyatçı), Nəsirəddin Tusi (ensiklopedik alim), Nəcməddin Naxçıvani (filosof), İzzəddin Naxçıvani (alim və ədib), …