SON DƏQİQƏ

“ASAN Xidmət”də MÜHÜM YENİLİK - Problemi telefona çək, şikayət göndər - VİDEO

Tarix:21-06-2021, 14:13 Oxunub:965


Azərbaycanda ilk dəfə Sumqayıtda "ASAN müraciət" mobil tətbiqi istifadəyə verilib. Sakinlər bu tətbiqi telefonlarına yüklədikdən sonra qarşılaşdıqları müxtəlif problemlərin video və fotosunu çəkib aidiyyəti dövlət qurumlarına göndərə biləcəklər.
Kommunal, yol, nəqliyyat problemlərinin əvvəlcə telefonla video və fotosu çəkilir.
Sonra isə həll edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilir. Şikayəti göndərən şəxs problemin icra olunub-olunmamasını da görə bilir.
Sumqayıt sakinləri qarşılaşdıqları problemlərlə bağlı şikayətlərini aidiyyəti dövlət qurumlarına göndərmək istəyirlərlsə ilk olaraq "ASAN müraciət" mobil tətbiqi telefonlarına yükləməlidirlər.
Qeyd edək ki, "ASAN müraciət" informasiya sistemi qısa müddətdə ölkə ərazisini əhatə edəcək.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman