Vətənim-Azərbaycandir.az
Bugün “2 fevral - Gənclər Günü” ilə əlaqədar gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərimizlə Milli Məclisdə növbəti görüşü keçirdik. Ölkə başçısı tərəfindən gənclər sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi həm döyüş meydanında, həm də informasiya müharibəsində öz qüdrətini dünyaya göstərdi. Vətən müharibəsi zamanı xüsusilə fəallığı ilə seçilən gənclərimizin bir hissəsi Milli Məclisin Gənclər və İdman Komitəsi tərəfindən “Fəxri Fərman”la təltif edildi. Gənclərimizə öz fəaliyyətlərində uğurlar arzu edirəm.