SON DƏQİQƏ

Ukraynada karantin aprelin sonuna qədər uzadılacaq

Tarix:4-02-2021, 14:34 Oxunub:797

Ukrayna hökuməti ölkə üzrə karantin rejimini aprelin sonunadək uzatmağı planlaşdırır.
Vetenim-Azərbaycandir.az Qafqazinfo ya istinadən ” xəbər verir ki, bu barədə Baş nazir Denis Şmiqal “EBA Global Outlook 2021: Böyük Suallar İli” işgüzar forumunda açıqlama verib.
Humət başçısı Ukraynanın bu il koronavirus pandemiyasını aradan qaldıracağını gözləyir.
“Hələ də koronavirusla mübarizə mərhələsindəyik. Bu il qələbə gözləyirik və aprel ayı necə irəliləyəcəyimizin göstəricisi olacaq”,- deyə Şmiqal qeyd edib.
Eyni zamanda Baş nazir karantin məhdudiyyətlərinin aprel ayından sonra da davam edəcəyini əlavə edib:
“Karantini 30 aprelə qədər davam etdirəcəyik, amma bu, təəssüf ki, son tarix deyil, çox güman ki, karantin bu və ya digər şəkildə davam edəcək”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman