Laçında sakinlər Yeni ili atəşfəşanlıqla qarşılayıblar - FOTO/VİDEO
Tarix:1-01-2024, 12:56
Oxunub:184
ÖNDERTV.ORG
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Laçının əsl sahibləri – doğma yurdlarına qayıtmış sakinlər tərəfindən qeyd edilib. Otuz bir illik yurd həsrətindən sonra doğma torpaqlarına qayıdan laçınlıların bayram sevinci şəhərdə atəşfəşanlıqla müşahidə olunub.
ÖNDERTV.ORG xəbər verir ki, Laçın şəhəri 2024-cü ili 1555 nəfər doğma sakini ilə birlikdə qarşılayıb. Bayram ərəfəsində təşkil edilən konsert proqramı, yarmarka və bir-birindən maraqlı tədbirlər sakinlər üçün əsl əyləncəyə çevrilib. Yeni ilin gəlişi münasibətilə Laçın səmasında müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub.
Qeyd edək ki, hazırda Laçında 408 ailə yaşayır.
FACEBOOK ŞƏRH
SON XƏBƏRLƏR