SON DƏQİQƏ

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Dünya Söz Akademiyasının Rəyasət Heyətinin qərarı ilə qurumun fəxri akademik üzvü seçilmişdir.

Tarix:17-04-2024, 16:06 Oxunub:116

44GUN.ORG
​​​​Tədbiri giriş sözü ilə açan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd prof. Mahirə Hüseynovanın Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilməsinin təsadüfi olmadığını, onun görkəmli dilçi alim olmaqla yanaşı, eyni zamanda, mahir söz ustası, şairə olduğunu söyləmişdir. O Mahirə Nağıqızının şeirlərində qəlblərə toxunan sözləri xüsusi ustalıqla qələmə alan sənətkar olduğunu qeyd etmişdir.
Dünya Söz Akademiyasının prezidenti prof. Fahrettin İvgin professor Mahirə Hüseynovanın Azərbaycanın elm aləmində əhəmiyyətli rolu olduğunu vurğulamış, onun Türkiyədədə də tanındığını, türk dünyasının görkəmli şəxsiyyəti olduğunu qeyd etmişdir. O, prof. Mahirə Hüseynovanın xalq şairləri, aşıq yaradıcılığı ilə bağlı əhəmiyyətli tədqiqatlarının olduğunu vurğulamış, məhz bu tədqiqatların onun daha çox diqqətini cəlb etdiyini söyləmişdir. Daha sonra prof. Fahrettin İvgin Mahirə xanım Hüseynovaya fəxri akademik üzv diplomunu təqdim etmişdir.
Çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini dos. Əzizağa Nəcəfov Mahirə Nağıqızı yaradıcılığının tədqiqinin müasir ədəbi mühit üçün əhəmiyyətli olduğunu, onun örnək şəxsiyyət olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən tədqiqatçı-şair Qardaş Əlişoğlu və Ədəbiyyatın tədrisi metodikası kafedrasının müdiri dos. Nazilə Abdullazadə prof. Mahirə Hüseynovanın həm ictimai xadim, həm də rəhbər kimi uğurlu fəaliyyətini iştirakçıların diqqətinə çatdırmış, onun bir sıra ölkələrin əhəmiyyətli qurumlarının fəxri doktoru olduğunu qeyd etmişlər.
ADPU-nun rektoru Cəfər Cəfərov çıxış edərək prof. Mahirə Hüseynovanın həm kafedra müdiri, həm də fakültə dekanı işlədiyi dövrdən ADPU-nun tarixində əhəmiyyətli iz qoyduğunu vurğulamış, onun Beynəlxalq əlaqələr üzrə prorektor olduqdan sonra da universitet və Azərbaycan elmi üçün etdiyi yenilikləri iştirakçıların diqqətinə çatdırmışdır.
Sonda çıxış edən prof. Mahirə Hüseynova söylədikləri xoş sözlərə görə hər kəsə öz təşəkkürünü bildirmiş, onun Azərbaycanda və türk dünyasında tanınmış şəxsiyyət olmasının universitet rəhbərliyinin, fakültə kollektivinin birgə əməyinin nəticəsi olduğunu dilə gətirmişdir.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman