SON DƏQİQƏ

Heydər Əliyev hər şeyi gözəl xatırlayırdı... - Onu heç kim aldada bilməzdi

Tarix:26-04-2024, 23:32 Oxunub:39

44GUN.ORG

Cari ilin 25 yanvar tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. 

30 il öncə – 1994-ci ildə isə Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd olunması  və adının əbədiləşdirilməsi istiqamətində Ulu öndər Heydər Əliyev sərəncamlar imzalamış, Dövlət Komissiyası yaratmışdı.
 
Heydər Əliyevin Məhəmməd Füzulinin irsinin təbliği və adının əbədiləşdirilməsi yönündəki xidmətləri haqqında 1994-1996-ci illəri əhatə edən, maraqlı faktlara əsaslanan yazını təqdim edirik:
 
Ağır illər... 

1994-cü ildə Məhəmməd Füzulinin doğumunun 500 illiyi tamam olurdu, amma həmin vaxt ölkəmizin iyirmi faiz ərazisi ermənilər tərəfindən işğal edilmişdi və bir sıra sahələrdə həllini gözləyən maddi problemlər, sanki  insanlarda mədəni məsələlərlə bağlı müşküllərin həllini sonrakı onilliklərə saxlanılacağı fikrini yaradırdı.

Belə bir dönəmdə Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin şəxsiyyəti və yaradıcılığı timsalında mədəniyyətə və mənəviyyata verdiyi dəyər unudulmazdır: “...Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək.

Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi, mədəni sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik”.

Cənab Prezident İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamda haqlı olaraq Füzulinin 500 illik yubileyini müstəqil Azərbaycanın ilk dünya miqyaslı mədəniyyət və sənət bayramı olduğunu və bu istiqamətdə Heydər Əliyevin xidmətlərini yada salır: “

...Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur”.

Doğrusu, bu sərəncamda cənab Prezident İlham Əliyevin yubileyi “mədəniyyət və sənət bayramı” adlandırmasını oxuyanda, Ümummilli Lider Heydər Əliyevin Füzuli yubileyinə “El bayramı” deməsini xatırladım.
 
Müharibə... 

1994-cü ildə bəziləri yersiz-yersiz deyinirdilər ki, torpaqlarımız işğal altındadır, bu qarışıq dönəmdə Məhəmməd Füzulinin yubileyinin keçirilməsi üzrə Dövlət Komissiyasının üzvləri olan, millətin düşünən beyinləri niyə tale yüklü məsələlər ətrafında yox, 500 il öncə yaşamış şairin yaradıcılığının tanıdılması haqqında baş sındırırlar, onun irsinin təbliğiylə bağlı  tez-tez müzakirələrə, iclaslara toplaşırlar.

Ermənilər isə o vaxtacan artıq Azərbaycanın fiziki coğrafiyasının bir hissəsini işğal etmişdilər və beynəlxalq təşkilatlar kontekstində ölkənin mənəvi ərazisinə – tarixinə, mədəniyyətinə də soxulmağa cəhd edirdilər. Heydər Əliyev uzaqgörənliyi nəticəsində xalqımızın tarixinə, mədəniyyətinə yönəlik həmin məsələlərdən, mənəvi hədələrdən kifayət qədər xəbərdar idi və ona görə də Füzuliyə sadəcə orta əsr şairi, yaxud lirik, sufi klassiki kimi yox, Azərbaycanın mənəvi ərazisi kimi yanaşırdı və onun vasitəsi ilə bizi milli kimliyimizə təhdid olan təcavüzlərdən, humanitar işğaldan qoruyurdu.

Çünki o zamanlar elə dolaşıq bir əyyam idi ki, hər yerdən millətin milli kimliyinə, onun ruhuna xətər toxuna bilərdi. Heydər Əliyev məhz bu cür məsələlərə xüsusi diqqət yönəldərək xalqın mənəvi birliyinin gücünü qorumağa çalışırdı və bu barədə mövqeyini ortaya həmişəki kimi açıq şəkildə qoymaqdan çəkinmirdi: “...hamımıza məlum olan düşmən qüvvələr sübut etməyə çalışırlar ki, Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun kökü yoxdur. Şübhəsiz ki, bu, cəfəngiyyatdır. Bəzən buna heç cavab vermək istəmirsən.

Lakin xalqımıza düşmən olan, qəsd etmək istəyən dairələr, qüvvələr, bəzən də millətlər respublikamızı parçalamaq, onun ərazisini qəbul etmək istəyənlər əvvəllər də çalışmışlar və indi də çalışırlar sübut etsinlər ki, guya Azərbaycan xalqı tarixi köklərə malik olan bir xalq deyildir”. 

Və H.Əliyev həmçinin  Füzuli yubileyinin bunca əhatəli qeyd olunmasının əsas məqsədini dilə gətirir və bu istiqamətdə çalışacaq adamlara milli-humanitar proqram təklif edirdi: 

“Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. Mənə belə gəlir ki, bizdən ötrü bu yubileyin ən böyük nəticəsi bundan ibarətdir”. 

Sevginin başlanğıcı... 

• Heydər Əliyev müstəqil Azərbaycana 10 illik prezidentlik etdiyi dönəmdə (1993-2003) Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi, yubileyin keçirilməsi ilə bağlı Dövlət Komissiyasının yaradılması, Əlyazmalar İnstitutuna Məhəmməd Füzulinin adının verilməsi, “Füzuli ensiklopediyası”nın yaradılması, Füzuli adına beynəlxalq mükafatın təsis edilməsi kimi bir-birindən vacib sərəncamlar imzalayıb. 

• Məhəmməd Füzulinin ölkəmizdə eləcə də Türkiyə, Rusiyada keçirilən yubileylərində iştirak edib.  

• Qüdrətli sənətkarın yubileyləri çərçivəsində keçirilən beynəlxalq simpoziumlara və konfranslara məktublar ünvanlayıb. 

Ancaq bütün bunlar daha çox onun siyasi lider kimi bişkin, sabitqədəm sevgisinin göstəriciləri idi. Bəs Füzuli sözünə olan özül məhəbbət, ilk sevgi, dahi şairin bədii hikmətlərinin sehrinə məftunluq Heydər Əliyevin könlündə haçandan özünə yer eləmişdi? Bu barədə onun öz dilindən səslənən fikirlər hər cür şərhdən daha artıq məna ehtiva edir:

“Füzuli başqa ölkələrdə də məşhurdur. Lakin onu azərbaycanlılar qədər özününkü sayan yoxdur. Məsələn, xatirimdədir, 30-cu illərin ortalarında mən orta məktəbdə oxuyarkən Füzuli ilə bağlı tədbirlər keçirilir, Füzuli təbliğ olunurdu. Yaxud həyatımla bağlı bir şeyi qeyd etmək istəyirəm. Gənclikdə rəssamlığa böyük həvəsim var idi.

Mənim çəkdiyim ilk rəsmlərdən biri Füzulinin portreti olmuşdur. Təxminən 1936-37-ci illərdə məktəbimizdə şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil etmişdilər. O vaxtlar belə şeylərə çox fikir verirdilər. Mənim çəkdiyim portret müsabiqədə birinci yer tutmuşdu. Əlbəttə, mən onu rəssamlıq əsəri adlandırmaq fikrində deyiləm, o, sadəcə olaraq, rəssamlığa həvəs göstərən gəncin çəkdiyi şəkil idi. Bununla demək istəyirəm ki, Füzuli Azərbaycanda təkcə bu gün deyil, hələ 50- 60 il bundan əvvəl də təbliğ olunurdu. Lakin Füzulini tanıyan başqa ölkələrdə onu o qədər də təbliğ etmirlər”.
 
Yol həmin yoldur... 

Heydər Əliyevin Füzuli irsinin dünyada təbliğiylə bağlı o dövrün reallığının nəzərindən baxanda təklif etdiyi  həll yolları bu gün də eyni dərəcədə işə yarayır. O fikirlərin səslənməsindən 30 il keçib, fəqət həmin məsələlər xüsusunda irəli sürdüyü tezislər yenə də aktual olaraq qalır. Əfsus ki, Füzuli irsinini araşdıranlar, təbliğ edənlər hələ də həmin problemləri aradan qaldıra bilməyiblər. Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi münasibəti ilə yaratdığı Dövlət Komissiyasında dahi ədibin irsinin tanıdılması üçün etdiyi iki  təklif xüsusən gərəkli idi:
 
1. “Füzulini ölkəmizdə, xüsusən xaricdə yaxından tanıtmaq üçün onun haqqında populyar bir kitab olmalıdır. Elə bir kitab ki, onu oxuyan hər kəs Füzulini tezliklə tanıya bilsin. Tədqiqat əsərlərini alimlər, Füzulinin yaradıcılığı ilə maraqlananlar oxuyurlar. Amma Füzulini hamı tanımalıdır”.
 
2. “Avropa ölkələrinə gəldikdə isə, həm bilavasitə onların mədəniyyət orqanlarının xətti ilə, həm də orada yaşayan azərbaycanlıların, türklərin müxtəlif ictimai təşkilatları vasitəsilə tədbirlər keçirilməlidir. Şübhəsiz ki, bundan ötrü müəyyən vəsait lazım olacaqdır. Lakin vəziyyətimiz çətin olsa da, biz bunu etməliyik və edəcəyik”.
 
Ustadı şagirdin ayağına verməmək  

Füzulinin yubileyin keçirilməsi üçün yaradılan Dövlət Komissiyanın iclasında ölməz sənətkarın yaradıcılığı, ədəbi irsi ilə bağlı ciddi məsələlərin həllinin müzakirəsini bir kənara qoyaraq ziyalılardan bəziləri “xala xətrin qalmasın” məzmununda təkliflər irəli sürürdülər. Bəziləri təklif edirdi ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə Məhəmməd Füzulinin adına verilsin. 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman