SON DƏQİQƏ

Qaxda məktəblilər polisin qonağı olublar - FOTO

Tarix:26-04-2024, 23:55 Oxunub:48

44GUN.ORG

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə məktəblilər əvvəlcə xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlarla tanış olublar. Şagirdlərə polisin gündəlik xidməti fəaliyyəti, eləcə də ictimai asayişin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə görülən işlər barədə məlumat verilib. 

Patrul.az xəbər verir ki, daha sonra şöbənin inzibati binasında  xidməti otaqlarla tanışlıq olub. Polis əməkdaşları iş prosesi ilə bağlı yeniyetmələri maraqlandıran sualları cavablandırıblar. Görüş məktəblilər tərəfindən də böyük maraqla qarşılanıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman