SON DƏQİQƏ

XOŞBƏXT OLSUN SEVƏNLƏR.

Tarix:30-04-2024, 20:28 Oxunub:65

44GUN.ORG

Bu gün toy günüdür, əl açıb göyə,
Allaha yalvaraq "Ya Rebbim"-deyə,
Səadət diləyək Gəlinlə-Bəyə.
Ömrünüz bənzəsin gülə- çiçəyə,
Cavid-Nuranəyə nurlar ələyə.
Xalqımız öz  adət-ənənəsinə bağlı humanistliyi ilə başqa xalqlardan seçilir.Elimizin gözəl adət-ənənələri ilə qürur duyuruq. Azerbaycanın nur məkanı olan Mingəçevir şəhərinin nümunəvi ailələrindən olan çox hörmətli İkram müəllimin ocağında milli adət- ənənələrimizə xüsusi diqqət yetirilir. Mingəçevir şəhər Elm və Təhsilin inkişafında uzun illər əməyi olan dəyərlimiz Rəna xanım və ömür-gün yoldaşı İkram müəllim, Gözlərinin nuru CAVİD bəy və NURANƏ xanımın Toy şənliyinə  28.04.2024cü il tarixində həyatlarının ən şad günlərinin sevincini bölüşmək üçün əziz və doğmalarını dəvət etdilər. Öz möhtəşəmliyi ilə davam edən toy məclisində iki Azərbaycan gəncinin "Vağzalı"-sədaları altında, Valideyin xeyir-duasını alaraq izdivaclarının bağlanması hamını heyran etdi. Övladına xeyir-dua vermək hər valideyinin arzu-diləyidır. Valideyin üçün bundan böyük, qürurlu gün ola bilməz. Bu möhtəşəm gün  münasibətilə şəxsən öz Ailəmiz adından və Vətənim htpp://xn-- azerbaycandr-c5b.az/ informasiya agentliyinin kollektivi adından çox hörmətli İkram müəllim və dəyərlimiz Rəna xanıma
 GÖZÜNÜZ AYDIN  OLSUN ! 
deyirik. CAVİD bəy və  NURANƏ xanımı bu gözəl gün münasibətilə ürəkdən  TƏBRİK EDİRİK. 

   Arzu-duyğuların tər gülüstanı,
   Sevənlər unutsun dərdi hicranı.
   Gözlərin sevincdən yaşaran anı,
   Sevən ürəklərin vüsalıdır toy,
   Sultanlıq taxtından bahalıdır toy.
Sultanlıq taxtınız mübarək mənim əzizlərim. Sizə can sağlığı, Ailə səadəti, bir ömür boyu xoşbəxtlik, bol şanslar arzu edirəm. İnşAllah  QIZIL TOY gününüzü birlikdə qeyd edərik. Hər bir dəvətliyə xüsusi qayğı və diqqət var idi. Bir-birindən rəngarəng rəqs və melodya sədaları altında çox gözəl bir gün keçirən qonaqların gözündən sevinç yağırdı. Gənclərimizin intelektual potensialının yüksək səviyyədə inkişafı və gələcək nəsilə nümunə olacaq belə toy şənliklərinin bütün regionlarda təşkil olunması hər bir Azərbaycan vətəndaşının arzusudur.
Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin icraçı direktoru:
     Nuridə Məmmədova.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman