“Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatın başlamasından etibarən Ukrayna hərbi infrastrukturunun 114 obyektini məhv ediblər”.
“Vətənim-Azərbaycandır.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.Konaşenkovun sözlərinə görə, onlardan 31-i idarəetmə məntəqəsi və rabitə mərkəzidir: “314 tank və digər zirehli döyüş avtomobili, 57 reaktiv yaylım atəşi sistemi, 121 artilleriya və minaatan, 274 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb”.