ABŞ Prezidenti Co Baydenin Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə telefon danışığı olub.
“44gun.org” xəbər verir ki, Əfqanıstan lideri bu barədə Tvitter səhifəsində yazıb.
“Bu gün Baydenlə telefon danışığım oldu. Danışığımız zamanı biz sentyabrın əvvəlinədək ABŞ ordusunun Əfqanıstandan çıxarılması qərarını müzakirə etdik”, - deyə Qəni yazıb.
O qeyd edib ki, Əfqanıstan Vaşinqtonun bu qərarına hörmət edir və təhlükəsiz çıxışı təmin etmək üçün əlindən gələni edəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ Əfqanıstandakı bütün hərbçilərini sentyabrın 11-dən əvvəl ölkədən çıxaracağını bəyan etmişdi.