SON DƏQİQƏ

Bakıda daha bir yolda yenilik

Tarix:30-04-2021, 10:01 Oxunub:336

Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb. Belə ki, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyin təmin edilməsi məqsədilə svetofor obyektləri quraşdırılıb.
Bu barədə BNA-dan “44gun.org”ya məlumat verilib. Bildirilib ki, qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin, ətrafda 3 orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman