Qardaş Türkiyədə çox sayda insan ölümünə və dağıntılara səbəb olan Təbii fəlakət TURAN eli olaraq bütün müsəlman aləmini sarsıltdı.
Azərbaycan Respublikası Təbii fəlakət zamanı qardaş Türkiyənin əlini bir an olsa belə buraxmadı. Bu dəqiqələrə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təlimatı əsasında Türkiyədə baş verən 7.4 maqnitudalı şiddətli zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün qardaş ölkəyə yardımlar davam etməkdədir. Birlik və həmrəylik nümayiş etdirərək Azerbaycanın şəhər, rayon hətta kəndlərindən yardım kampanyasına qoşulanların ardı arası kəsilmir.. Qardaş Acısını ürəyilə hiss edən Lənkaran şəhər Sahibkar Qadınlar İB.nin sədri, Yardımsevər xeyriyyəçi iş qadını Hacı xanım Zərintac İsmayılova öz hesabından ayırdığı müavinətə əsasən yardım kampanyasına qoşulmuşdur. Cənub bölgəsinin Dəmir Ledisi İncə ürəyinin səsi ilə ruhu inləyərək zəlzələdən zərərçəkmiş insanlara yardım əlini uzatmışdır.
Ərzaq məhsulları ilə dolu Tır Lənkərandan paytaxta yola düşmüşdür. Bakıdan isə artıq humanitar yardım yolu ilə tir sıralarına qoşulmuşdur.
Hacı Zərintac xanım kimi zəhmətkeş, vətənpərvər qadınlarımızla qürur duyuruq. Azerbaycan Respublikası nın Vitse-prezidenti Mehriban xanım Əliyeva öz çıxışında "Ölkəmizdə başladılmış yardım kampaniyalarına qoşulan hər bir soydaşımıza"- öz Təşəkkürünü bildirir.
Eləcədə Baş redaktor Kamran Orucov başda olmaqla Vətənim Azerbaycandır.az xeber portalı kollektivi adından
Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara acil şəfalar diləyirik və YASTAYIQ.. Başın sağ olsun TÜRKİYYƏM...
VətənimAzerbaycandır.az
İcraçı direktor: Naile Muradova.


44gun.org