Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal və Misirin Xarici İşlər nazirinin müavini Həmdi Sanad Lozanın rəhbərliyi ilə 5-6 May 2021 tarixlərində Qahirədə keçirilən heyətlərarası görüş başa çatıb.
44gun.org yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
- Cavuşoğlu: “ABŞ prezidenti “erməni soyqırımı” deyərsə, bu münasibətlərimizə xələl gətirər”
- Türkiyədə COVID-19-la bağlı son statistika açıqlanıb
- Çində uşaq bağçasına silahlı hücum edilib, 2 azyaşlı ölüb, 16-sı yaralanıb
Hər iki tərəfin birgə yayımladığı açıqlamada bildirilib ki, Türkiyə ilə Misir arasında münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımların müzakirə olunması ilə bərabər Liviya, Suriya və İraqdakı vəziyyətlə də bağlı da fikir mübadiləsi aparılıb: “Şərqi Aralıq dənizində sülh və təhlükəsizliyin təmini haqqında daha geniş müzakirələr keçirilib. Tərəflər siyasi məsləhətləşmələrin nəticələrini müqayisə edərək, müvafiq addımların atılması haqında qərar verəcək”.
Qeyd edək ki, 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra iki ölkə arasında gərginlik yaranıb, Türkiyə və Misir qarşılıqlı olaraq o ölkələrdəki səfirliklərinin fəaliyyətinə son qoyub. Bu, 8 il sonra Türkiyə ilə Misir arasında keçirilən ilk rəsmi görüşdür.