SON DƏQİQƏ

Goranboy sakini öz itinin hücumuna məruz qalıb

Tarix:8-05-2021, 23:47 Oxunub:337

Goranboy rayon sakini öz itinin hücumuna məruz qalıb.
44gun.org Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində baş verib. 1962-ci il təvəllüdlü kənd sakini Yusifov Əlövsət İbrahim oğlunu it dişləyib. Məlumata görə, itə yemək verən kənd sakini qəflətən onun hücumuna məruz qalıb. Ə. Yusifova xəstəxanada zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman