Dəyərli oxucular Qarabağ müharibəsinin öz həllini tapması müasir dünyada bir sıra sahələrdə yeni düşüncə və ideyaların yaranmasına səbəb oldu.
Hərbi texnalogiyalar sahəhəsində yeni döyüş modeli ortaya çıxdı. Artıq ağır texnikalarla deyil pilotsuz uçuş aparatları ilə töyüş prosesi meydana gəldi. Torpaqlarımızın işğaldan azad olunması digər sahələrədə böyük təsir göstərdi. Yeni Trans-Xəzər olmaqla Zəngəzur dəhlizi artıq dünya üçün yeni nəqliyat maşurutuna çevrildi. Ən əsası isə Qarabağın işqaldan azad olması, Rusiyanın proseslərdə tərəfsiz mövqe tutması, bir çox hallarda ölkəmizin xeyrinə qərarların qəbul olunmasına təminat verməsi bu prosesin dərin köklərə sahib olmasından xəbər verir. Nəzərə alsaq ki, son baş verən hadisələr Rusiyanın siyasi gücünün sarsılmasına eləcədə Türkdilli ölkələrin ittifaq halına gəlməsi də Qarabağın işğaldan azad olmaqı ərəfəsində və ondan sonra sürətləndi.
Təbi ki, SSRİ-ı (Xalqlar Həpsxanası) yaradıldı və qlobal güclər tərəfindən təcrübə müddəti bitdiyi üçün 70 il sonra parçalandı, “Avropa İttifaqı” yaradıldı və hal-hazırda istismar müddətini başa vurmaq üzrədir. Nəzərə alsaq ki, türkdilli ölkələrin böyük əksəriyyəti keçmiş SSRİ-nin varisi olan Rusiya Federasiyasının nəzarətində olan, tam və ya qismən ondan asılı ölkələrdir. Bu isə Rusiyanı parçalamaq marağında olan güclərin tam işinə yarayan bir faktordur. Bir fikridə qey etmək yerinə düşərdi Əbülfəz Elçibəy qey etmişdir ki, Qarabağa gedən yol Təbrizdən keçir. Qarabağın işğaldan azad olunması bu mövzunu da həm gündəmə gətirdi həm də yanaşma aspektini dəyişdi, Güney Azərbaycanda gedən proseslər, Təbrizə gedən yolun Qarabağdan keçdiyini səciyələndirdi.
Bu mövzulara toxunmama səbəb isə Qlobal güclərin “TURAN” projesidir. Bu projenin 2023-ortadoğu projesi kimidə qiymətləndirmək olar. Turan üçün yaranmış zəmin Rusiyanın strateji sarsıntısı, İranda baş verən dini zəmində olan qarşıdurmalar, ABŞ və Avropanın bu proseslərdə çarpazlaşan marağı yeni dünya düzəninə və “TURAN” projesinin reallaşmasına səbəb olur.
Uzun müddət Rusiyanın həm siyasi, həm iqtisadi, ən əsası idealoji təsiri altında olan orta asiyada yerləşən Türkdilli ölkələrə bu idialogiyanın varlığını anlatmaq və bu birliyin bütün türkdilli ölkələr üçün lazımlı olmasını arşılamaq cətin və əzim tələb edən bir işdir. Vahid gücə çevrilmə, iqtisadi, hərbi, siyasi, dini, eləcədə milli çoxluğa çevrilməni təmin etmək qarşıda duran ən ümdə fikirdir.
Türkdilli ölkələr vahid gücə cevrilməsini səciyyələndirən amillər.
- Hal-hazırda yaranmış Münbit şərait.
- Eyni milli mənşəyə sahib olmaq.
- Ortaq mədəniyyət və dil faktoru.
- Böyük əksəriyyətində din faktoru.
Şərqdən, Qərbə eləcədə şimaldan, cənuba olan nəqliyyat şəbəkəsinin bu regionda yerləşməsi təbii ki, qlobal güclərində bu projeyə marağını artırır və onlarda bu idealoğiyanın reallaşması üçün təkan verirlər. Beləliklə tarixi köklərə dayanan “TURAN” artıq real bir güc faktoruna və türkdilli ölkələrin bir siyasi, iqtisadi, hərbi və mədəni birliyinə çevrilir.
Tanrı bu yolda ulu TURANIN qurulması istiqamətində fəaliyyəti olan hər kəsə yar və yardımcı olsun.
Gənc Politoloq Nahid Aslansoy.