VETENİM-AZERBAYCANDIR.AZ
Çərkəzov Səməd Məmməd oğlu 10 mart 1956-cı ildə Quba rayonunun Xucbala kəndində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Quba rayonu Digah kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirmişdir. 1977-1978-ci tədris ilində Quba rayonu Xucbala kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1978-ci ilin may ayında hərbi xidmətə getmiş və 1979-cu ilin noyabr ayında hərbi xidmətini başa vurmuşdur. 1979-1980-cı illərdə Quba rayonu Təngəaltı kənd səkkizillik məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980-cı ildən 1988-ci ilədək Bakı şəhəri 67 saylı Orta Texniki Peşə Məktəbində riyaziyyat və informatika müəllimi işləmişdir. 1988-ci sentyabr ayından 1990-cı ilin sentyabr ayına qədər olan dövrdə Səbail rayonu Mərkəzi Tədris Kombinatında direktor müavini işləmişdir. 1990-1995-ci illərdə Binəqədi rayon Komsomol komitəsində Humanitar məsələlər üzrə III katibi olmuşdur. 1996-2000-ci illərdə Nərimanov rayonu “Tərəqqi” liseyində riyaziyyat - informatika müəllimi işləmişdir. 2000-2010-cu illərdə Nərimanov rayonu “Ekologiya ” liseyində tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 2011-2021-ci illərdə Nərimanov rayonu “Ekologiya ” liseyində riyaziyyat - informatika müəllimi işləmişdir.
1980-1988-ci illərdə komsomol və həmkarlar təşkilatının fəxri fərmanları ilə təltif edilmişdir. 2019-il 3 oktyabrda pedaqoji sahədəki səmərəli və yaradıcı fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı nailiyyətlərinə, liseyin ictimai həyatında fəal iştirakına görə təltif olunmuşdur.
2021-ci ildə IX və XI sinif məzunlarının buraxılış və qəbul imtahanlarında qazandığı yüksək nailiyyətlərə, tədrisin təşkilindəki müsbət roluna, nümunəvi fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil idarəsinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Azərbaycan Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalında “Həndəsə məsələlərinin həlli metodları ” mövzusunda elmi məqaləsi çap olunmuşdur.
Ailəlidir, 2 qızı və 1 oğlu var.
Hal hazırda Səməd müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “ Riyaziyyat və informatika elmləri “ kafedrasında müəllimi kimi fəaliyyət göstərir.
Filialımızda da dəyəli pedaqoqumuzun doğum günü qeyd olundu.
Hər birimiz Səməd müəllimə can sağlığı, uzun ömür yolu, pedaqoji fəaliyyətində bol-bol uğurlar arzu edirik. Gənc nəsillin sizin kimi peşəkar pedaqoqlara çox ehtiyacı vardır, çox yaşayın Səməd müəllim!
VETENİM-AZERBAYCANDIR.AZ