
Azərbaycan Xalqı 25 ildən sonra, aprel zəfəriylə bitən böyük qələbəmizin təməlini qoydu. 2 Aprel 2016-cı ildə bu tarixdə ordumuzun sücaətilə qazandığımız aprel döyüşlərindən 7 il ötür.
Ermənistan silahlı qüvvələrinə cavab olaraq Azərbaycan Ordusu düşməni məğlubiyyətə uğradıb və Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin bir çox hissəsini azad edib.
Azərbaycan Respublikası Şəhid analarına dəstək İB VƏ Turan Partiyası Şəhid Anaları və Qazilər Kordunasiya Mərkəzinin Başkanı Ceyran xanımında can parəsi əziz şəidimiz Əbdülməcid Axundovun şəhid olmasından 7 il ötür. Əzizim Ceyran xanım ürək dağlayan bu yazıları yazmaq insanı çox ağrıdır. Sizləri təsəlli etmək üçün ancaq edə biləcəyim paylaşım və yazılardır. İnanın Sizinlə söhbət, gözlərinizə baxmaq belə insan üçün çox çətindir. Allah səbr versin.
Əbdülməcid Axundov 1993-cü il 15 oktyabrda Sumqayıt şəhərində doğulmuşdur. 2010- cu ildə Sumqayıt şəhər 16 № li tam orta məktəbi bitirən Əbdülməcid Axundov həmin il Azərbaycan Texniki Universitetinə daxil oldu. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əbdülməcid Axundov ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Məkanları Cənnət, ruhları şad olsun.





Əfsanə Əliyeva