Bakı Avrasiya Universitetində məlumatlandırma sessiyası təşkil edilib
Bu gün “Bakı Avrasiya” Universitetində “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində növbəti məlumatlandırma sessiyası keçirilib. Görüşdə universitetin struktur bölmələrinin rəhbərləri və nümayəndələri iştirak edib.
BAAU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova və Elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova Avropa universitetlərində elmi fəaliyyətin qurulması, tənzimlənməsi və inkişaf etdirilməsi ilə bağlı məruzə ediblər.
İsveç Krallığı KTH Universitetində təlimlərdə iştirak edən BAAU-nun prorektorları əldə etdikləri təcrübələri bölüşərək onun tətbiqi imkanları haqqında da fikir və mülahizələrini bölüşüblər. Keyfiyyətli təhsillə yanaşı innovativ əsaslara söykənən elmi fəaliyyətin də təmin edilməsinin Azərbaycan Respublikasının təhsil strategiyasında da yer aldığı qeyd edilib. Tədbirdə BAAU-nun elmi tədqiqatlar sahəsindəki mövcud durumu, əldə etdiyi nəticələr və gələcək elmi fəaliyyətinin istiqamətləri də müzakirə olunub.
Xatırladaq ki, ECAR layihəsinin koordinatoru Bakı Biznes Universitetidir.
Nərmin Əzimli 44gun.org