SON DƏQİQƏ

Sahibə Qafarova Buyar Osmani ilə görüşdü - Fotolar

Tarix:12-04-2023, 17:18 Oxunub:218


Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb.

xəbər verir ki, Sahibə Qafarova Ermənistanla Azərbaycan arasında münaqişənin başa çatdığını və regionumuzun münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiyanın yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Sədr qeyd edib ki, Ermənistan hələ də danışıqlarda destruktiv mövqe tutur, beynəlxalq ictimaiyyəti yalan məlumatlarla aldadır və münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozur. Dünən Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat və bizim 3 hərbçimizin həlak olması bunun bariz nümunəsidir.

Qonaq diqqətə çatdırıb ki, Şimali Makedoniya müxtəlif etnik qrupların birgə yaşadığı ölkədir və postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində böyük təcrübəyə malikdir. ATƏT sədri ölkəsinin bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı qonaq siyasi dialoqun inkişaf etdirilməsi, regionda sülhün təşviqi, gələcəyə baxış və digər məsələlər barədə fikirlərini bölüşüb, bu sahədə ATƏT-in görə biləcəyi işlərdən danışıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman