SON DƏQİQƏ

İlham Əliyev Nuray Güngörü təbrik etdi

Tarix:19-04-2023, 18:44 Oxunub:207


Prezident İlham Əliyev ağır atletika üzrə Avropa çempionu Nuray Güngörə təbrik məktubu ünvanlayıb.

xəbər verir ki, məktubun mətnində deyilir:

Əziz Nuray,

Ağır atletika üzrə Avropa çempionu adını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.

Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 64 kq çəki dərəcəsində çıxış edən Türkiyə idmançısı Nuray Güngör qızıl medal qazanıb, qələbəsini Azərbaycana həsr edib.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman