
Müqəddəs Ramazan Bayramı münasibəti ilə, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ” ictimai birliyinin prezidenti Tofiq Əli-zadənin təşəbbüsü ilə, təşkilat üzvləri, Səmayə Baxşəliyeva, Firuzə Əsədullayeva 1 ci Qarabag-Vətən müharibəsində şəhid olmuş Əliyev Valeh xanlar oğlunun anası ,Dürnisə Əliyevanı ziyarət etdilər. 78 yaşlı şəhid anası olan Dürnisə Əliyeva, gələn qonaqları səmimiyyətlə qarşılayaraq bildirdi ki. Ramazan Bayramında şəhid ailələrini ziyarət etmək cox savab bir işdir. Dürnisə ana dedi ki, oğlu Əliyev Valeh Xanlar oğlu, 1992-1994 cü illərdə 1-ci Vətən müharibəsi zamanı, 1994 il yanvar ayının 22 də, Füzuli rayonu aşağı Seyid Əhmədli kəndi uğrunda gedən ağır döyüşlərdə erməni snayperinin gülləsi nətiçəsində şəhid olmuşdur.Ana dedi ki, onların Vətən uğrundə gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar, muasir gənclərimiz ücün bir örnək oldu.Buna da subut kimi, 44 günlük müharibədə ordumuzun döyüşlərdə göstərdikləri şücayəti göstərmək olar.Daha sonra Dürnisə ana söylədi ki, artıq 1998-ci ildən başlayaraq 25 ildir ki, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ” ictimai birliyinin rəhbəri Tofiq Əli-zadə, daima ailəmizin üzləşdiyi butün problemlərin həllində bizlərə cox yaxından kömək etmiş və demək olar ki, hər ay bizə baş çəkərək bir şəhid ailəsi kimi bizimlə əlaqələrini bir anda olsa belə dayandırmayıb və hər dəfə onun vasitəsi ilə,Azərbaycanın tanınmış ziyalıları evimizin qonağı olublar.Gələn qonaqlar Tofiq Əli-zadə, Firuzə Əsədullayeva və Səmayə Baxşəliyeva, şəhid anası Dürnisə Əliyevaya igid və qəhrəman oğullar böyütdüyünə görə minnətdarlıq etdilər.Sonda şəhidlərimizin ruhuna dualar oxundu. Dürnisə ana Tofiq Əlizadəyə , onunla gələn ziyalılara diqqət və qaygıya görə minnətdarlığını bildirdi.