SON DƏQİQƏ

Formula 1 komandalarının sıralama yürüşü başlayıb

Tarix:28-04-2023, 17:20 Oxunub:237



2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sıralama yürüşü başlayıb.
Trend-ə istinadən xəbər verir ki, yürüş bir saat davam edəcək.
Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb.
28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.
Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.
Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək
.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman